Sürkit Grup olaraq,1995-ci ildən Naxçıvan Muxtar Respublikasında güclü və daimi sərmayələrlə fəaliyyət göstəririk.Şirkətimiz bir çox sektorlarda fəaliyyət göstərir; Avtomobil,yanacaq,sığorta,enerji,mədənçıxarma,turizm,ticarət,restoran,qida məhsullarının topdan satışı,sənaye,daşınmaz əmlak kimi müxtəlif iş sahələrində xidmətlər göstərir.

Naxçıvan Muxtar Respublikasına daxil olma hekayəmiz “ Bizim Qida” ilə başlayır.”Bizim Qida” şirkəti vasitəsilə istehlak malları sənayesinin aparıcı brendlərinin distribütoru olmaqla yanaşı, eyni zamanda 25 ildən artıqdır ki, müştəri məmnuniyyəti və nəzarət prinsipinə əsaslanan biznes modeli ilə bu torpaqlarda tanınan və seçilən şirkət olmağı bacarmışıq.

NP Yanacaq Doldurma Məntəqələrini 2023-cü ilin aprel ayında şirkətimizin tərkibinə daxil etdik. Bu alış ilə biz Naxçıvan əhalisinə yüksən keyfiyyətli məhsullar və xidmətlər təqdim etməyi hədəfləyirik.NP-nin 9 yanacaq doldurma məntəqəsi ilə yanacaq keyfiyyətimizi ən üst səviyyəyə çatdırmaqla yanaşı;market,wc,avtomobil yuma,mineral yağ dəyişikliyi kimi xidmətləri də təklif etməyi planlaşdırırıq.

Naxçıvanda yanacaq sənayesinin lideri olan NP olaraq, hədəflərimizi daha da genişləndirir,bazar payımızı və yanacaq doldurma məntəqələri şəbəkəmizi genişləndirməyi hədəfləyirik.

Sürkit Grup olaraq,sadəcə bir şirkət olmaqdan əlavə, təklif etdiyimiz məhsul və
xidmətlər ilə cəmiyyətə dəyər qatmağı hədəfləyirik.