Bir ailə, bir standart, 9 stansiya.
Sürkit Holding-in 1995-ci ildən bəri davam edən etibarı, 2023-dən bəri NP Petrol ilə yolların enerjisinə çevrilir.









"Enerjimizi yolun hər dönəmində sizə daşıyırıq."
— NP Petrol komandası
1995-dən bu günə — davamlı bir yolçuluq.
Sürkit Holding olaraq, 1995-ci ildən bəri Naxçıvan Muxtar Respublikasında güclü və davamlı sərmayələrlə fəaliyyət göstəririk. Şirkətimiz geniş sektor yelpazəsində; avtomotiv, yanacaq, sığorta, enerji, mədən, qida paylanması, sənaye və daşınmaz əmlak kimi müxtəlif iş sahələrində xidmət təqdim edir.
Naxçıvana giriş hekayəmiz Bizim Qıda ilə başlayır. Bizim Qıda şirkəti vasitəsilə Naxçıvanda sürətli istehlak malları sektorunun aparıcı brendlərinin distribyutorluğunu apararkan, çeyrək əsrdən artıq müddət ərzində müştəri məmnuniyyəti və nəzarət üzərinə qurulu iş modeli ilə bu torpaqlarda tanınan və üstün tutulan bir şirkət olmağı bacardıq.
2023-cü ilin aprel ayında NP Petrol şirkətini bünyəmizə qatdıq. Bu satınalma ilə Naxçıvan xalqına yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim etməyi hədəfləyirik. NP-nin 9 yanacaq stansiyası ilə yanacaq keyfiyyətimizi ən yüksək səviyyəyə daşıyarkan, eyni zamanda market, WC, avtoyuma, yağ dəyişdirilməsi kimi xidmətlərimizi də təqdim etməyi planlayırıq.
Naxçıvanda yanacaq sektorunda lider olan NP olaraq, hədəflərimizi daha da böyüdür və bazar payımızla stansiya şəbəkəmizi genişləndirməyi planlayırıq.
Sürkit Holding olaraq, sadəcə bir şirkət olmağın ötəsində, təqdim etdiyimiz məhsul və xidmətlərlə cəmiyyətə dəyər qatmaqı hədəfləyirik.
Yolumuzu formalaşdıran dayaqlar.
Missiyamız
Nahçıvanın hər nöqtəsində şəffaf, təmiz və etibarlı yanacaq təqdim etmək.
Vizyonumuz
Regionun ən müasir, texnologiya və insan odaklı yanacaq markası olmaq.
Dəyərlərimiz
Keyfiyyət, dürüstlük, müştəriyə hörmət, ekoloji məsuliyyət.
Hər stansiyada bir insan, bir zəmanət.
Hər NP stansiyasını peşəkar və xoş niyyətli komanda təmsil edir.
Peşəkar komanda
Operasiya
Peşəkar komanda
Müştəri xidmətləri
Peşəkar komanda
Texniki dəstək
Peşəkar komanda
Marketinq